"Real" üçün şok məğlubiyyət
01.03.2025 - 23:29
İspaniya La Liqasında XXVI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün 4 matç baş tutub.
"Real" səfərdə "Betis"in qonağı olub. "Kral klubu" hesabı açsa da, nəticədə məğlub olub.
İlk hissədə Brahim Diaz komandasını hesabda önə çıxarıb. Lakin Conni Kardozo və İskonun qolları meydan sahiblərinə qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, "Real" turnir cədvəlində 54 xalla liderliyi "Barselona" ilə bölüşür.
İspaniya La Liqası
XXVI tur
"Betis" - "Real" 2:1
"Real Valyadolid" - "Las Palmas" 1:1
"Jirona" - "Selta Viqo" 2:2
"Rayo Valyekano" - "Sevilya" 1:1
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib
- “Qarabağ” qrup mərhələsinin bir addımlığında - YENİLƏNİB
- Vüsal İsgəndərli üzr istədi: "Mənim səhvimdən uduzduq" - MÜSAHİBƏ
- Cüdoçumuz İslam Həmrəyliyi Oyunlarında ikinci olub
- Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb
0
0