Murad Allahverdiyevdən gümüş medal
20.10.2024 - 21:22
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, yığmamız turnirdə 3 gümüş və 1 bürünc medal qazanıb.
Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kq çəkidə çıxış edən boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Ondan öncə Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kq) isə üçüncü yeri tutub.
- “Real Madrid” Vinisiusu 200 milyona sata bilər
- “Lənkəran”nın baş məqşçisi: “İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur”
- Azərbaycanlı mütəxəssis Albaniya Super Liqasında çalışacaq
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə
- Millimizin oyununda sloveniyalı hakimlər
0
0