![Vüsal Qələndərzadə qızıl medal qazandı](https://ww3.apasport.az/storage/news/2024/september/06/big/66dafb3e10fb366dafb3e10fb4172562719866dafb3e10fb166dafb3e10fb2.jpg)
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, millimiz aktivinə daha bir qızıl medal yazdırıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.
Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.