Azərbaycanlı atıcıdan tarixi nəticə - DÜNYA ÇEMPİONATINDA REKORD QIRDI
08.11.2025 - 15:41
Azərbaycanlı atıcı Nigar Nəsirova Misirin paytaxtı Qahirədə keçirilən ISSF Dünya Çempionatında parlaq çıxış edərək ölkəmizə gümüş medal qazandırıb.
Apasport.az xəbər verir ki, idmançımız 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayaraq ikinci yerin sahibi olub.
Bu nəticə ilə Nigar Nəsirova yeni dünya rekordu müəyyənləşdirib.
Qeyd edək ki, həm Nigar Nəsirova, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticə göstəriblər. Lakin qalib mərkəzi vuruşların (x) sayına görə müəyyənləşib — Yao Qianxun 8x, Nigar Nəsirova isə 7x nəticə göstərib.
0
0