Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək
27.11.2024 - 23:59
![Montsa "Formula-1"ə ev sahibliyi etməyə davam edəcək](https://ww3.apasport.az/storage/news/2024/november/27/big/67476c73df27f67476c73df280173273406767476c73df27d67476c73df27e.jpg)
"Formula-1" üzrə dünya çempionatında İtaliya Qran-prisinin müqavilə müddəti artırılıb.
Apasport.az xəbər verir ki, bu barədə yarışın baş direktoru Stefano Domenikali açıqlama verib.
Montsa avtodromunda keçirilən Qran-pri 2031-ci ilədək davam edəcək. Domenikali İtaliya Avtomobil Klubuna təşəkkür edərək, Lombadiya regionunda "Formula-1"in keçirilməsinin böyük zövq yaşatdığını bildirib.
O, yarış trasının yenilənməsini vurğulayaraq, imzalanan uzun müddətli əməkdaşlığı yüksək qiymətləndirib.
0
0