Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.
İslam Bazarqanov (57 kq) Aryan Tiutrinə (UWW) 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
65 kq çəki dərəcəsində çıxış edən Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyi 3:1 hesabı ilə məğlub edib. Bununla da idmançımız 1/4 final mərhələsinə yüksəlib. O, burada Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.
97 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov isə təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə uduzub.
Cəbrayıl Hacıyev (79 kq) Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib.
70 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Heybətov 1/4 finalda ukraynalı Oleksey Borutaya 2:7 hesablı ilə məğlub olub.
Eyni zamanda, gün ərzində Azərbaycanın üç qadın güləşçisi də bürünc medal uğrunda mübarizə aparacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova üçüncü yer uğrunda qarşılaşmalara çıxacaqlar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadın güləşçilərdən isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
- “Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb
- "Qəbələ" azarkeşlərinə bəd xəbər: KOMANDA EV OYUNUNU ŞAMAXIDA KEÇİRƏCƏK
- Premyer Liqa: “Araz-Naxçıvan” – “Neftçi” matçının hakimi bəlli olub
- "Qarabağ" "pley-off"a darmadağınla yüksəldi! - YENİLƏNİB
- Vladimir Voskoboynikov: “Azərbaycanın qələbəsi sürpriz olmayacaq” - MÜSAHİBƏ