Paris-2024: Güləşçilərimizin rəqibləri müəyyənləşib
05.08.2024 - 20:48
![Paris-2024: Güləşçilərimizin rəqibləri müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2024/august/05/big/66b102a24278666b102a242787172287657866b102a24278366b102a242785.jpg)
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarında növbəti günün püşkatması keçirilib.
Apasport.az xəbər verir ki, daha iki güləşçimizin rəqibi bəlli olub.
Yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən Aik Mnatsakanyanla qarşılaşacaq.
Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə almaniyalı Anastasiya Blavyasla üz-üzə gələcək.
Qeyd edək ki, Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
0
0