"Barsa"dan fantastika - Madriddə inanılmaz geridönüş
17.03.2025 - 02:02
"Barsa"dan fantastika - Madriddə inanılmaz geridönüş

İspaniya La Liqasında XXVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün son matçında "Barselona" səfərdə "Atletiko Madrid"lə üz-üzə gəlib.

Gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Ev sahibləri hesabda 2:0 öndə olsalar da, sonda sevinən tərəf qonaqlar olub.

Matçın son 20 dəqiqəsində üstünlüyü ələ alan "Barsa" rəqibinə ardıcıl 4 top vurmağı bacarıb. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 60-a yüksəldən Hansi Flikin kollektivi La Liqada liderliyə yüksəlib.

İspaniya La Liqası
XXVIII tur

00:00. “Atletiko Madrid” - “Barselona” - 2:4