Realdan inamlı qələbə - Xoselu tarixə düşdü
08.10.2023 - 10:33
![Realdan inamlı qələbə - Xoselu tarixə düşdü](https://ww3.apasport.az/storage/news/2023/october/08/big/652247abbb1b6652247abbb1b71696745387652247abbb1b4652247abbb1b5.webp)
Xoselu adını “Real”ın tarixinə yazdırıb.
Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın “Osasuna” ilə matçında qol vurub.
Bununla da o 21-ci əsrdə İspaniya çempionatında mövsümün ilk doqquz oyununda Real Madridin heyətində 5 və ya daha çox qol vurmağı bacaran üçüncü ispan futbolçu olub. “Kral klubu”nda Xoseludan əvvəl bu uğura Raul Qonzales və Xavyer Portillo nail olub.
Qeyd edək ki, “Real” – “Osasuna” matçı Madrid klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0