Ronaldonun komandası rəqibini darmadağın etdi - 9:0
12.05.2025 - 23:58
Ronaldonun komandası rəqibini darmadağın etdi - 9:0

Səudiyyə Ərəbistanı çempionatında XXXI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, “Əl-Nəsr” səfərdə "Əl-Uxdud"la qarşılaşıb.

Qonaqlar rəqibini 9 cavabsız qolla məğlub etməyi bacarıb.

Kriştiano Ronaldo bu matçda iştirak etməyib. 

Qeyd edək ki, “Əl-Nəsr” çempionatın geridə qalan XXXI turundan sonra 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.