Şahmatçımız beynəlxalq turnirdə 3-cü yer tutub
15.04.2025 - 20:58
İslandiyanın paytaxtında keçirilən şahmat üzrə “Reykyavik Open” turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçı Məhəmməd Muradlı yarışı 3-cü pillədə başa vurub.
“Reykyavik Open"in son - 9-cu turu Azərbaycan dueli ilə yadda qalıb. Muradlı Eltac Səfərli ilə üz-üzə gəlib və tərəflər heç-heçəyə razı olublar. Yekunda iranlı Parham Maqsudlu 7,5 xalla turnirdə birinci yeri tutub. Məhəmmədlə eyni xala malik Vasili İvançuk (Ukrayna) ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Eltac Səfərli isə 6 xalla yarışı 12-ci pillədə başa vurub.
- Millimiz yoxlama matçı keçirəcək
- Toral Bayramov "Qarabağ"dan getdi, yeni komandası bəlli oldu - RƏSMİ
- "Qalatasaray" gənc müdafiəçiyə təklif göndərib
- "Lənkəran"ın baş məşqçisi: "Əgər bunu anlamasaq hər bir rəqibə qarşı oyunlarda problemlərimiz olacaq"
- Danışılmış oyun – necə deyirdilərsə elə gəldi və...
0
0