İtalyanlardan tarixi nailiyyət
23.02.2023 - 10:47
![İtalyanlardan tarixi nailiyyət](https://ww3.apasport.az/storage/news/2023/february/23/big/63f70c2f52da763f70c2f52da8167713489563f70c2f52da563f70c2f52da6.jpg)
İtaliya klubları tarixi nailiyyətə imza atıblar.
Apasport.az saytı xəbər verir ki, Apennin təmsilçisinin üç komandası ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə qələbə ilə başlayıblar.
İlk oyunlarda "Milan" "Tottenhem"i (1:0), "Napoli" "Ayntraxt"ı (2:0), "İnter" isə “Portu"nu (1:0) məğlub edib.
Qeyd edək ki, son dəfə “İnter” 2009/10 mövsümündə Çempionlar Liqasında “Bavariya”ya 2:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub. 2016/17 mövsümündə isə "Yuventus" finalda “Real”a məğlub olub - 1:4.
0
0