Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD
09.12.2022 - 21:37
![Mahir Emrelinin komanda yoldaşından mundialda REKORD](https://ww3.apasport.az/storage/news/2022/december/09/big/639370e67d297639370e67d2981670607078639370e67d295639370e67d296.jpg)
Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatındakı seyvlərinə görə yeni rekord müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, 27 yaşlı qapıçı 1/4 finalın Braziliya ilə oyununda 10 seyv edib.
Bunadək Polşa millisinin qapıçısı Voytsex Şensnı Argentina ilə matçda (0:2) bu qədər qurtarış edə bilmişdi.
Qeyd edək ki, Dominik Livakoviç Xorvatiya millisində 2017-ci ildə debüt edib. Yığmamızın futbolçusu Mahir Emrelinin Zaqreb "Dinamo"sunda komanda yoldaşı olan Livakoviç millidə 38 matç keçirib, 44 top buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
0
0