Berlin turnirində iki medal
12.03.2026 - 11:57
Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, oğlanlardan ibarət millinin baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata sahib çıxıb.
O.Quluzadə U-15, Ə.Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.
Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyət Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- “Sabah”ın baş məşqçisi: “Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək…”
- Şahmat Federasiyasının büdcə hesabatı təsdiq olunub
- Azərbaycanın qadın güləşçisi Xorvatiyada medal qazandı
- Azərbaycan cüdoçuları Peruda dörd medal qazanıblar
0
0