![Svitolina addımına aydınlıq gətirdi](https://ww3.apasport.az/storage/news/2023/june/02/big/647a3c3d73dd3647a3c3d73dd41685732413647a3c3d73dd1647a3c3d73dd2.jpg)
Tennis üzrə Rollan Qarrosda ukraynalı tennisçı rusiyalı həmkarının əlini sıxmaqdan imtina edib.
Apasport.az saytı xəbər verir ki, rəqibini məğlub edən Elina Svitolina bu addımı atıb.
Anna Blinkovaya 2:1 (6:2, 2:6, 7:5) hesabı ilə qalib gələn Svitolina 1/8 finala vəsiqə qazanıb. Təcrübəli tennisçi oyundan sonra addımına aydınlıq gətirib: “Hər şey Ukrayna hökuməti üzvlərinin Rusiya təmsilçiləri ilə görüşündən sonra başlandı. Onlar bir-birinin əlini sıxmaqdan imtina etdilər. Səbəb Rusiyanın etdikləri idi”.
Qeyd edək ki, Svitolina növbəti mərhələdə digər rusiyalı Darya Kasatkina ilə qarşılaşacaq.