“Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi
01.12.2022 - 10:32
![“Azərreyl”in avrokubok matçlarının vaxtı dəqiqləşdi](https://ww3.apasport.az/storage/news/2022/december/01/big/63884a7f45fa763884a7f45fa8166987635163884a7f45fa463884a7f45fa6.jpg)
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çelenc kubokunun 1/16 final mərhələsində oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Eldar Yusubovun komandası Almaniya “Turingen”i ilə ilk görüşünü dekabrın 14-də evdə keçirəcək.
Voleybol Mərkəzində təşkil olunacaq matç saat 17:00-da başlanacaq.
Komandaların cavab oyunu isə dekabrın 20-nə təsadüf edəcək. Eldar Yusubovun komandası Almaniyadakı görüşə Bakı vaxtı ilə saat 22:00-da çıxacaq.
Qeyd edək ki, “Azərreyl” 1/32 finalda “Slaviya”ya (Slovakiya) qalib gəlib.
0
0