Çin voleybolçuları Dünya çempionu olub
25.08.2024 - 11:17
![Çin voleybolçuları Dünya çempionu olub](https://ww3.apasport.az/storage/news/2024/august/25/big/66cadb3f2541b66cadb3f2541c172457043166cadb3f2541966cadb3f2541a.jpg)
Perunun ev sahibliyi ilə keçirilən U-17 qadınlar Dünya Voleybol Çempionatında kubokun sahibi bəlli olub.
Apasport.az xəbər verir ki, Çin yığması Dünya çempionu tituluna yiyələnib.
Çin finalda Yaponiyanı 3:0 (25:19, 25:22, 25:18) hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirin bürünc medalçısı İtaliya millisi olub.
0
0