
Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Hacıqabul Regional Voleybol Klubunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında voleybol üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə AVF-nin prezidenti Şahin Bağırov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əskərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak ediblər.
Onlar ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına diqqət və qayğı göstərildiyini söyləyiblər. Bölgələrdə də idmanın inkişafı üçün infrastrukturun yüksək səviyyədə qurulduğu barədə tədbir iştirakçılarına məlumat veriblər.
Yarışda 8 komanda mübarizə aparıb. Birinci yerə Yardımlı rayon 2 saylı tam orta məktəbin “İstiqlal” komandası, II yerə Yardımlı rayon Horovar kənd tam orta məktəbin “Uğur” komandası, III yerə isə Yardımlı rayon Sırıq kənd tam orta məktəbin “Hilal” komandası sahib çıxıb. Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.
- "Sumqayıt"ın evdə keçirdiyi oyunları 72230 tamaşaçı canlı izləyib
- "Real"dan Mbappeyə növbəti JEST
- Taekvondoçularımız Sofiyada Prezident Kuboku turnirində iştirak edəcəklər
- VAR Sistemi Futbola Fayda, Yoxsa Ziyan Verdi? Azarkeşlər və Mütəxəssislər Sorğulayır
- AL: Türkiyə klubları üçün uğursuz həftə - YENİLƏNİB