![10:1 qələbə ilə qrupda qaldı](https://ww3.apasport.az/storage/news/2022/may/27/big/62906d53b0f1262906d53b0f13165363233962906d53b0f0f62906d53b0f10.webp)
Cənubi Amerika kubokunda nadir təsadüf olunan nəticə qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin son turunda “Oriente Petrolero”nun qonağı olub.
Braziliya klubu səfər matçında 10:1 hesabı ilə qalib gəlib. Bu oyunda Herman Kano və Mateus Martins hərəyə 3, Manoel, Con Arias, Kayo Paulista və Villian hərəyə 1 qol vurub. Meydan sahibləri isə Sebastyan Alvaresin qolu ilə təsəlli qoluna sevinib.
Amma bu qələbə “Fluminense”yə yetərli olmayıb. H qrupunda 6 matçda 11 xal toplayan braziliyalılar ikinci yeri tutaraq mübarizəni dayandırıb. Pley-offa vəsiqəni isə 12 xalla “Union Santa-Fe” qazanıb.
Qeyd edək ki, “Oriente Petrolero” 0 xalla qrupda sonuncu olub.