Amrabatın arzuladığı klub
08.06.2023 - 17:40
![Amrabatın arzuladığı klub](https://ww3.apasport.az/storage/news/2023/june/08/big/6481cc574b93f6481cc574b94016862280556481cc574b93d6481cc574b93e.jpg)
“Fiorentina”nın futbolçusu Sofian Amrabatın keçmək istədiyi komanda bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu mərakeşli yarımmüdafiəçinin qardaşı Nordin Amrabat açıqlayıb.
Yunanıstanda AEK-in formasını geyinən hücumçu Sofianın “Vest Hem”ə keçidi barədə xəbərlərə münasibət bildirib: “Onun arzusu “Barselona”da oynamaqdır. Amma onların maliyyə durumu bəllidir. Sofian digər klubların da maraq dairəsindədir”.
Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci ilin yayından İtaliya klubunda forma geyinir. Onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.
0
0