Artetadan sürpriz ayrılıq qərarı
29.01.2024 - 10:46
![Artetadan sürpriz ayrılıq qərarı](https://ww3.apasport.az/storage/news/2024/january/29/big/65b748e7c126565b748e7c1266170651056765b748e7c126365b748e7c1264.jpg)
"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasını tərk edə bilər.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu mövsüm bitdikdən sonra klubdan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
41 yaşlı çalışdırıcı 2019-cu ilin dekabrından "Arsenal"a rəhbərlik edir. Mütəxəssisin hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir.
Qeyd edək ki, bundan öncə "Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda istefa edəcəyi barədə açıqlama vermişdi.
0
0