"Atletiko Madrid" Vitsellə yeni müqavilə imzalayıb
13.06.2024 - 15:18
Təcrübəli belçikalı yarımmüdafiəçi Aksel Vitsel Madridin “Atletiko” klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında 2025-ci ilin ortalarına qədər razılıq əldə olunub. Bu barədə klubun rəsmi saytında məlumat yayıb.
35 yaşlı belçikalı Madrid təmsilçisinə 2022-ci ildə "Borussiya" (Dortmund) klubundan transfer olunub.
Ötən mövsüm yarımmüdafiəçi "Atletiko"nun heyətində 51 oyun keçirib və 2 qol vurub.
- “Qarabağ” Belçika klubuna qalib gəldi - YENİLƏNİB
- Bonuççi "Yuventus"u məhkəməyə verir - SƏBƏB
- XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- Cüdoçularımız Türingiya Kubokunda 6 medal qazanıb - FOTO
- De Bleker getdi - HAKİMLƏR KOMİTƏSİNİN YENİ SƏDRİ BƏLLİ OLDU
0
0