"Barselona"nın futbolçusu Ferran Torres qarşıdakı "transfer pəncərəsi"ndə satıla bilər.
Apasport.az xəbər verir ki, Kataloniya klubu heyətini bir sıra yüksək səviyyəli transferlərlə gücləndirməyi planlaşdırır, lakin bunun üçün bəzi futbolçularını sata bilər.
Bu səbəblə "Barselona" Torres üçün təklifləri dinləməyə hazırdır.
24 yaşlı futbolçuya "Atletiko Madrid" və İngiltərə Premyer Liqası təmsilçilərinin marağı var.
Ferran Torres bu mövsümdə Xavi Hernandezin komandasının heyətində 39 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalının məlumatına görə, ispaniyalı vingerin dəyəri 35 milyon avrodur.
- Azərbaycan millisinin insult keçirən sabiq futbolçusunun son durumu bəlli olub
- Təxirə salınmış matçda “Murov” sevindi
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- İrina Zaretska: “Həmin zərbə mənə qələbə qazandırdı”
- Cüdoçularımız Böyük Dəbilqəni 7 medalla başa vurub