"Bavariya"dan Çempionlar Liqasında mütləq rekord
09.03.2023 - 14:18
!["Bavariya"dan Çempionlar Liqasında mütləq rekord](https://ww3.apasport.az/storage/news/2023/march/09/big/6409b2a0e8e7a6409b2a0e8e7b16783571526409b2a0e8e786409b2a0e8e79.jpg)
"Bavariya" Çempionlar Liqasının rekordunu müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisi buna turnirin 1/8 finalında PSJ-ni məğlub edərək (1:0 və 2:0), mərhələ adlamaqla nail olub.
Onlar bununla da tarixdə 21-ci dəfə Çempionlar Liqasının son 8 komandası sırasına yüksəliblər ki, bu da mütləq rekorddur.
Qeyd edək ki, Bavariya”nın 1/4 finaldakı rəqibi püşk nəticəsində bəlli olacaq. Mərhələnin oyunları isə aprelin 11-12-də və 18-19-da keçiriləcək.
0
0