“Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək
29.11.2024 - 14:38
![“Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək](https://ww3.apasport.az/storage/news/2024/november/29/big/67499a03b8c5167499a03b8c52173287680367499a03b8c4667499a03b8c50.webp)
Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq MLS-də çıxış edəcək.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli hücumçu “Nyu-York Red Bulz” klubunda oynayacaq.
Futbolçu tibbi müayinədən keçib. O, ABŞ klubu ilə iki illik müqaviləyə qol çəkib.
Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. 35 yaşlı hücumçu “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.
0
0