"Beşiktaş"da növbəti ayrılıq - RƏSMİ
14.08.2025 - 16:29
"Beşiktaş"da növbəti ayrılıq - RƏSMİ

"Beşiktaş"da ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, klub futbolçusu Fahri Kerem Ayı icarəyə verib.

Bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.

20 yaşlı yarımmüdafiəçi 2025/26 mövsümündə "İstanbulspor"un formasını geyinəcək.

Qeyd edək ki, Fahri Kerem Ay ötən il əsas komandanın heyətinə cəlb edilib.