Brahim Diaz “Real”dan ayrılacaq?
19.05.2026 - 21:55
“Real Madrid”in yarımmüdafiəçisi Brahim Dias karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Yuventus” mərakeşli futbolçu ilə yaxından maraqlanır.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Turin təmsilçisi 26 yaşlı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri kimi nəzərdən keçirir.
Qeyd edək ki, Brahim Diasın “kral klubu” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər qüvvədədir. Mərakeş millisinin üzvü bu mövsüm komandasının heyətində keçirdiyi 41 rəsmi matçda 1 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- BOK 2026-cı il Qış Olimpiya Oyunlarının medallarını təqdim edib
- III MDB Oyunları: 3 karateçimiz qızıl medal qazanıb - FOTO
- III MDB Oyunları: Azərbaycan stend atıcıları bürünc medal qazanıb - FOTO
- İraq və Konqo DR rəsmən Dünya çempionatında
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant
0
0