Braziliya millisinin üzvü keçmiş komandasına qayıda bilər
25.10.2025 - 12:58
“Tottenhem”in hücumçusu Riçarlison Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı forvardla keçmiş komandası “Everton” yaxından maraqlanır.
Bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu futbolçunu satmağa müsbət yanaşır.
Qeyd edək ki, Riçarlison cari mövsümdə “Tottenhem”lə 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mareska 14 milyonluq kompensasiyadan imtina edib
- DÇ: “Atletiko” “Botafoqo”nu, PSJ “Palmeyras”ı üstələdi - YENİLƏNİR
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Kubokuna təyinat alıblar
- Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər
- Fatih Terim ayın məşqçisi seçilib
0
0