“Əl-Nəsr” Talişkanın əvəzləyicisini tapdı
27.01.2025 - 21:54
Səudiyyə Ərəbistanı komandalarından “Əl-Nəsr” heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, komanda 2 furbolçu ilə yaxından maraqlanır.
Söhbət “Bayer”dən Ceremi Frimponq və “Vest Hem”in futbolçusu Con Durandan gedir.
Klub hər iki oyunçunu Anderson Talişkanın əvəzləyicisi olaraq görür.
Ərəbistan təmsilçisinin ilk hədəfi Frimponqdur. Əgər bu transfer reallaşmasa, komanda Con Duran üçün hərəkətə keçəcək.
Qeyd edək ki, “Əl-Nəsr” 17 turu geridə qalan liqada 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
- Stadnikin çəki dərəcəsində qalmaqal: Hindistanlı güləşçi finala buraxılmayıb
- "Bayer" və "Yuventus" evdə qələbə qazana bilmədilər
- Yassin Benzia: "Bura Azərbaycanı təmsil etməyə gəlmişik"
- Fiqurlu konkisürmə üzrə Qran-Pri turnirinin qısa proqramı keçirilib - FOTO
- Premyer Liqamızın ən intizamsızları - ADLAR
0
0