“Fənərbaxça” Livakoviçi satmağa hazırdır
02.01.2025 - 22:36
![“Fənərbaxça” Livakoviçi satmağa hazırdır](https://ww3.apasport.az/storage/news/2025/january/02/big/6776d8dabd7326776d8dabd73317358420106776d8dabd7306776d8dabd731.webp)
"Fənərbaxça"da ayrılıq yaşana bilər.
Apasport.az xəbər verir ki, Dominik Livakoviç komandanı tərk etməyə yaxındır.
O, Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir. "Sarı-lacivərdlilər" qolkiperlə yollarını ayırmağa hazırdır.
İstanbul təmsilçisi futbolçusuna 20 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Fənərbaxça" Livakoviçi 2023-cü ilin yayında heyətinə qatıb.
0
0