"Fənərbaxça"nın forvardı üçün astronomik təklif
20.11.2024 - 17:17
!["Fənərbaxça"nın forvardı üçün astronomik təklif](https://ww3.apasport.az/storage/news/2024/november/20/big/673dd67b625a8673dd67b625a91732105851673dd67b625a6673dd67b625a7.jpg)
Səudiyyə Ərəbistanı klublarından “Əl-Nəsr” “Fənərbaxça”nın forvardı Yusuf En-Nesri üçün astronomik təklif edib.
Apasport.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Əl-Nəsr” 27 yaşlı hücumçu üçün 30 milyon avronu gözdən çıxarıb.
Xəbərdə bildirilib ki, “sarı-lacivərdlilər” bu təklifi rədd edib.
Buna səbəb son vaxtlar En-Nesrinin Mərakeş millisində və “Fənərbaxça”da ardıcıl qollar vurmağa başlamasıdır.
Qeyd edək ki, mərakeşli hucümçu bu ilin yay ayında İspaniyanın “Sevilya” klubundan 19,5 milyon avroya İstanbul təmsilçisinə transfer olunmuşdu.
0
0