İngilis məşqçi 1:5 hesablı məğlubiyyətdən sonra qovuldu
08.03.2023 - 21:21
İngilis məşqçi Skott Parker Belçikanın "Bruxe" klubundan qovulub.
Apasport.az xəbər verir ki, Belçika klubu daha əvvəl "Fulhem" və "Bornmut"a rəhbərlik etmiş baş məşqçisinin qovulduğunu açıqlayıb.
Qeyd edək ki, 42 yaşlı mütəxəssis dekabrın 31-də bu komandaya təyin olunmuşdu. "Bruxe" onun rəhbərliyi altında 12 oyunda cəmi 2 dəfə qalib gəlib.
Belçika çempionatında komanda 4-cü yeri tutur və dünən “Benfika”ya ümumi hesabda 1:7 (0:2, 1:5) hesabı ilə uduzaraq Çempionlar Liqasını tərk edib.
- Xabi Alonso "Bayer"dən ayrılacaq
- Dünya Çempionatında qadın güləşçilərimizin çıxışı davam edir
- UEFA-nın dəstəyi ilə Ağcabədidə futbol festivalı keçirilib
- III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib
- Avropa Gənclər Paralimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq idmançılar bəlli olub
0
0