İngiltərəli futbolçu “Liverpul”dan ayrıla bilər
08.05.2025 - 20:26

"Liverpul"un futbolçusu Harvi Elliot yayda komandadan ayrla bilər.
Apasport.az xəbər verir ki, Premyer Liqanın lideri ingiltərəli yarımmüdafiəçini satmaq istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Liverpul" Elliotu 40-50 milyo funt-sterlinqə satmağa hazırdır. "Vulverhempton" 22 yaşlı orta xətt oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, "Liverpul" Harvi Eliotu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib.
Futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0