“İnter” müdafiəçisinə yeni müqavilə təklif edəcək
18.12.2024 - 13:56
İtaliya A Seriya klublarından “İnter” müdafiəçisi Federiko Dimarkoya yeni müqavilə təklif etməyə hazırdır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi italiyalı futbolçu ilə yeni anlaşmanı müzakirə etməyi planlaşdırır.
27 yaşlı müdafiəçi cəmi bir il əvvəl “İnter”lə yeni müqavilə imzalayıb. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Dimarko bu mövsüm Simone İnzaqinin komandasında 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Bakının kənd və qəsəbələri arasında keçirilən minifutbol turnirinin final cütü bəlli olub
- "Qarabağ"ın rəqibi ulduz futbolçu üçün danışıqlara başlayıb
- Çexiya millisində müvəqqəti baş məşqçi
- Belarus yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlanıb
- “Çelsi” “Nyukasl Yunayted” səfərindən xalsız qayıdır
0
0