Kvaratsxeliya “Verona” ilə oyunda zədələnib
19.08.2024 - 10:56
![Kvaratsxeliya “Verona” ilə oyunda zədələnib](https://ww3.apasport.az/storage/news/2024/august/19/big/66c2ea68d20c066c2ea68d20c1172405002466c2ea68d20b566c2ea68d20bf.jpg)
"Napoli" üçün İtaliya çempionatının yeni mövsümü böyük uğursuzluqla başlayıb.
Apasport.az xəbər verir ki, Antonio Kontenin yetirmələri mövsümün ilk oyununda "Verona"ya 0:3 hesabı ilə uduzub.
Bundan əlavə, "Napoli" gürcü hücumçu Xviça Kvaratsxeliyanı da itirdi. O, ilk hissənin sonunda zədələndiyi üçün əvəzlənib.
Qeyd edək ki, "Napoli" A Seriyasının ikinci turunda evdə “Bolonya” ilə qarşılaşacaq.
0
0