“Liverpul”un sabiq futbolçusunun yeni komandası müəyyənləşib
24.06.2025 - 14:57

“Əh-Əhli” ilə müqaviləsi başa çatan sabiq “Liverpul”lu forvard Roberto Firminonun yeni komandası müəyyənləşdi
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Pro Liqası təmsilçisi ilə Qətər klubu “Əl-Sədd” braziliyalı futbolçunun transferində anlaşıblar.
33 yaşlı futbolçu Qətər təmsilçisi ilə razılıq əldə etdikdən sonra transfer rəsmiləşəcək.
Qeyd edək ki “Əl-Əhli”yə 2023-cü ilin yayında qoşulan Roberto Firmino başa çatan mövsümdə çıxdığı 31 matçda 12 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Həmçinin o, klubu ilə Asiya Çempionlar Liqasının qalibi olub.
0
0