Lukaku “Fənərbaxça”ya keçir - Razılıq əldə olundu
11.08.2026 - 13:05
“Fənərbaxça” Romelu Lukakunun transferində sona yaxınlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul təmsilçisi belçikalı hücumçunun keçidi üçün “Napoli” ilə razılıq əldə edib. Tərəflər arasında aparılan danışıqlardan sonra transferin 6 milyon avro və bonuslar qarşılığında baş tutacağı bildirilir.
Lukakunun da “Fənərbaxça” ilə şəxsi müqavilə şərtlərində anlaşdığı qeyd olunub.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir.
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- U-18 millimizin heyətində daha bir dəyişiklik edilib
- “Hakken”in kapitanı: ““Qarabağ”a qarşı yüksək əzimlə mübarizə aparacağıq”
- İngiltərə millisinin heyətində ciddi itki
- Azərbaycan çempionu bütün futbolçularını klubdan göndərdi
0
0