Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella ABŞ-la oyun öncəsi istefa iddialarına münasibət bildirib.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis postundan ayrılmaq fikrində olmadığını açıqlayıb.
Montella futbolçuların və federasiya rəhbərliyinin ona dəstək verdiyini bildirib:
“Futbolçular məni dəstəkləyir. Prezident məni dəstəkləyir. Türkiyəni ardıcıl turnirlərə apardım. Ürəyimi ortaya qoydum. İstefa etməyimi gözləyən varsa, bunu qəbul etməlidir. Çünki istefa etməyəcəyəm”.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda ABŞ-la qarşılaşacaq. Komanda ilk iki turda Avstraliya və Paraqvaya məğlub olub.
- “Turan Tovuz”un legioneri: “Sizə etiraf edim ki, oyundan bir gün əvvəl...” - Müsahibə
- ÇL: “Qalatasaray”ı Litvada üzən heç-heçə
- AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
- "Bavariya" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlara başlayıb
- Vaqif Cavadova təhlükə, Qurban Qurbanovda böyük üstünlük