Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
30.06.2026 - 06:52
Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi

Paraqvayda Almaniya üzərində qazanılan qələbədən sonra xüsusi qərar verilib.

Apasport.az xəbər verir ki, ölkə Prezidenti Santyaqo Penya DÇ-2026-nın 1/16 finalında Almaniyanın mübarizədən kənarlaşdırılması münasibətilə 30 iyunu rəsmi tətil elan edib.

Paraqvay millisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.