“Qalatasaray”dan 5-ci ulduz açıqlaması
28.06.2025 - 17:46
“Qalatasaray”dan 5-ci ulduz açıqlaması

"Qalatasaray"ın yeni mövsüm üçün loqo dizaynı bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

2025-26 sezonunda 5-ci ulduz digərlərinin üzərində yer alacaq.

Növbəti mövsümdən etibarən isə bütün ulduzlar yanaşı yerləşəcək.

Qeyd edək ki, "Qalatasaray" bu il Türkiyə Super Liqasında 25-ci çempionluğunu qazanıb.