Türkiyənin iki nəhəng klubu – "Fənərbaxça" və "Qalatasaray" arasında sosial şəbəkədə gərginlik yaşanıb.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” rəsmi hesabında etdiyi paylaşımda “sarı kart göstərmə”, “qırmızı kart vermə”, “VAR-a getmə” və “penalti təyin etmə” kimi məqamları ironik formada qeyd edərək "Qalatasaray"a sataşıb.
Buna cavab olaraq “sarı-qırmızılılar” rəqib klubun paylaşımına istehzalı cavabla, “Hakim təyinatını birlikdə etmisiniz? İlk səs sizdən gəldi…” sözləri ilə qarşı tərəfə cavab verib.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray" Türkiyə Futbol Federasiya ilə əlaqələrini kəsdiyini açıqlamışdı.

- "Dinamo Minsk"in futbolçusu: "Sumqayıtda ən çox bu xoşuma gəldi"
- "Zirə"nin potensial rəqibi müəyyənləşib - "Sumqayıt"ın intiqamını almaq şansı
- Yapon futbolçu Almaniya klubunu tərk edəcək – rəsmi
- Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
- "Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim" - Juninyo