"Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro
20.11.2023 - 22:55
!["Qalatasaray"dan nəhəng müqavilə: 5 il üçün 25 milyon avro](https://ww3.apasport.az/storage/news/2023/november/20/big/655bab71bd237655bab71bd2381700506481655bab71bd235655bab71bd236.webp)
"Qalatasaray" Puma ilə 2024-cü ilin iyulundan 2029-cu ilin iyununa qədər qüvvədə olacaq sponsorluq müqaviləsi imzalandığını açıqlayıb.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" bu müqaviləyə əsasən 5 mövsüm üçün 25 milyon avro sabit ödəniş alacaq.
Klubdan verilən açıqlamada qeyd edilib ki, sponsorluq və lisenziya müqaviləsi çərçivəsində 5 mövsüm qüvvədə olacaq 25 milyon avroluq xalis ödənişə əlavə olaraq, idman nailiyyətlərinə əsaslanaraq qurulan bonus və mükafat ödənişi də Puma tərəfindən satılacaq lisenziyalı məhsullar üzərindən "Qalatasaray"ın hesabına köçürüləcək.
0
0