Şahruddinin komandasında növbəti ayrılıq
01.03.2024 - 18:13
![Şahruddinin komandasında növbəti ayrılıq](https://ww3.apasport.az/storage/news/2024/march/01/big/65e1ce2aaaefc65e1ce2aaaefd170929719465e1ce2aaaefa65e1ce2aaaefb.jpg)
Millimizin üzvü Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi "Adana Dəmirspor"da daha bir ayrılıq qərarı verilib.
Apasport.az xəbər verir ki, Emre Akbabanın "Adana Dəmirspor" macərası mövsüm sonunda başa çatacaq.
2022-23 mövsümünün əvvəlində "Qalatasaray"dan 500 min avroya transfer olunan Emre Akbaba ilə 2+1 illik müqavilə imzalanıb. Adana təmsilçisi təcrübəli futbolçunun variantından istifadə etməyəcək və futbolçu ilə vidalaşacaq.
“Adana Dəmirspor”la cəmi 61 matçda forma geyinən Emre Akbaba 15 qol vurub, 5 məhsuldar ötürmə edib.
0
0