![Şahruddinin komandasında prezident istefa verdi - Səbəb](https://ww3.apasport.az/storage/news/2024/february/27/big/65ddb88f0d5e065ddb88f0d5e1170902951965ddb88f0d5de65ddb88f0d5df.jpg)
"Adana Dəmirspor"un prezidenti Murat Sancak tutduğu vəzifədən istefa verib.
Apasport.az xəbər verir ki, yeni prezident Mətin Qorxmaz olub.
Sancak bu qərarın səbəbini sosial media hesabında belə açıqlayıb:
"Bəzi sosial media hesablarında prezidentliyi təhvil verməyimin səbəbini anlamayanlar var idi. Onların başa düşə biləcəyi bir dillə deyim ki, mən haqqımı tələb etdikcə, mənə cəzalar verilir. Bu cəzaları da toplasaq, o deməkdir ki, mən 2 il boyunca heç bir haqq tələb edə bilmərəm və bu da klub idarəçiliyinə sirayət edir. Buna görə, vəzifəmi tərk etdim. Ən böyük hədəfim bu şəbəkələrə qarşı mübarizə aparmaqdır".