Şenol Günəş Emre Belözoğlunun ulduzunu alır: "Trabzonspor"a sürpriz hücumçu
09.02.2025 - 14:35
Şenol Günəşin çalışdırdığı "Trabzonspor" Emre Belözoğlunun komandası "Antalyaspor"dan sürpriz transfer edə bilər.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi Yakub Kaluzinski ilə maraqlanır.
"Antalyaspor" gəlir əldə etmək üçün Kaluzinski transferinə müsbət yanaşır.
"Trabzonspor"un qısa müddətdə polşalı futbolçu üçün "Antalyaspor"a rəsmi təklif göndərməsi gözlənilir.
Bu mövsüm Super Liqada 21 matçda meydana çıxan Kaluzinski 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- Klopp Almaniya millisinə namizədliyindən danışdı
- Elmar Baxşıyev: "Optimal formaya yaxınlaşacağıq"
- Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib
0
0