"Liverpul"un baş məşqçisi Yurgen Klopp maraqlı açıqlaması ilə gündəm olub.
Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssis Sven-Qoran Erikssonu komandaya bir günlük rəhbərlik etməyə dəvət edib.
Buna səbəb isə, İngiltərə millisinin keçmiş çalışdırıcısın son açıqlamalarından birində Mersisayd klubunu dəstəklədiyini, hər zaman bu kluba rəhbərlik etmək istədiyini, lakin karyerası boyu ona heç vaxt belə imkan verilmədiyini bildirməsidir.
İsveçli məşqçinin bu açıqlamasından təsirlənən Klopp Eriksonu komandaya dəvət edib:”İlk dəfə idi ki, onun “Liverpul”a olan heyranlığını eşidirdim. Əgər istəsə, mənim kabinetimdə oturub, gün ərzində mənim işlərimi görə bilər - problem yoxdur. Sveni bura dəvət edib klubun illər ərzində necə inkişaf etdiyini öz gözləri ilə görməsini istəyərəm”.
Qeyd edək ki, 75 yaşlı mütəxəssis əməliyyat olunmayan xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
- Nuno Rodriqes: “Baş məşqçimiz heç vaxt bizə heç-heçə etmək tapşırığı verməyib.” - Müsahibə
- Neymara ağlasığmaz təklif
- Paris-2024: Ağırlıqqaldırmaya ağır zərbə
- İlin ən yaxşı qadın futbolçusu açıqlandı
- Mətbuat Günü münasibətilə veteran futbolçular və jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib - FOTO