Türkiyə millisinin üzvü PSJ yolunda
07.06.2025 - 21:55

"Real Madrid"in futbolçusu Arda Güler karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, PSJ türk yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "El Nacional" məlumat yayıb.
Parislilərin baş məşqçisi Luis Enrike Ardanın xidmətində maraqlıdır.
PSJ 20 yaşlı oyunçu üçün İspaniya klubuna təklif göndərəcək.
Xatırladaq ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan transfer edib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 5 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0