Türkiyədə tarixi təyinat – 22 yaşlı qadın baş məşqçi oldu
09.09.2026 - 08:54
Türkiyədə tarixi təyinat – 22 yaşlı qadın baş məşqçi oldu

Türkiyənin “Turgutluspor” klubunda tarixi baş məşqçi təyinatı gerçəkləşib.

Apasport.az xəbər verir ki, Manisa təmsilçisi əsas komandanın baş məşqçisi vəzifəsinə Zeynep Mestanı gətirib.

2004-cü il təvəllüdlü, 22 yaşlı mütəxəssis bununla da “Turgutluspor” tarixinin ilk qadın baş məşqçisi olub. Mestan klub binasında müqavilə imzalayaraq rəsmən vəzifəsinin icrasına başlayıb. 

İzmirdə dünyaya gələn Zeynep Mestan daha əvvəl qadınların həvəskar liqalarında futbol oynayıb və Bornova komandalarının formasını geyinib. 

Qeyd edək ki, “Turgutluspor” ötən mövsüm Regional Həvəskar Liqanı 10-cu pillədə başa vuraraq tarixində ilk dəfə Super Həvəskar Liqaya düşüb. Komanda yeni mövsümdə yenidən yuxarı liqaya qayıtmağa çalışacaq.