“Yuventus”un idman direktoru istefa verib
04.06.2025 - 13:18
“Yuventus”un idman direktoru istefa verib

“Yuventus” idman direktoru Kristiano Cuntoli ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Funksionerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Cuntoli 2023-cü ilin yayından “Yuventus”da işləyirdi.