Pepe Avropa çempionatlarının tarixinə düşdü
19.06.2024 - 15:28
Pepe Avropa çempionatlarının tarixinə düşdü

Portuqaliya millisinin üzvü Pepe Avropa çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, o, Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Çexiyaya qarşı keçirdikləri oyunda meydana çıxmaqla buna nail olub.

Pepe Avropa çempionatlarında oynayan ən yaşlı futbolçu (41 yaş 113 günlük)  kimi rekorda imza atıb. 

Bundan əvvəl isə rekord Avro-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.

writer photo
Əlirza Əlirzalı
0